Kamandar Məcidov İDMAN.BİZ-ə Azərbaycan güləşçilərinin zəif çıxışının səbəbindən danışıb

Xəbərlər
21 Noyabr 2025 18:10
50
Kamandar Məcidov İDMAN.BİZ-ə Azərbaycan güləşçilərinin zəif çıxışının səbəbindən danışıb

VI İslam Oyunlarında məyusluq yaradan məqamlardan biri Azərbaycan yunan-Roma güləşçilərinin nəticəsi oldu. Turnirdə əsas heyətlə təmsil olunan komanda yarışı cəmi iki gümüş medalla başa vurdu.

İdman.Biz yunan-Roma güləşi yarışlarının nəticələri ilə bağlı azərbaycanəsilli belarusiyalı güləşçi, Olimpiya çempionu, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidovdan münasibət öyrənib.

Düzünü desəm, Azərbaycan komandasının çıxışını o qədər də zəif adlandırmazdım. Birincisi, yarışlar Olimpiya çəki dərəcələrində keçirildi və komanda cəmi altı güləşçi ilə təmsil olunurdu. İkincisi, mövsüm boyu yorğunluq toplanmışdı. Üstəlik, İslamiyadadan dünya çempionatınadək çox qısa fasilə var idi və idmançıların bərpa olunması, zədələri sağaltması üçün vaxt çox az idi. Buna görə də nisbətən zəif nəticənin əsas səbəbi məhz budur. Bəli, əlbəttə, mən də düşünürdüm ki, bu altılıqdan kimsə mütləq “qızıl” qazanacaq, amma bu idmandır və idmanda təkcə zəiflər yox, favoritlər də uduzur”, - deyə Kamandar Məcidov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: