İslamiada: Həsrət Cəfərov gümüş medal qazanıb - YENİLƏNİB

Xəbərlər
18 Noyabr 2025 20:11
222
İslamiada: Həsrət Cəfərov gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.

Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.

14:02

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.

Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 0:3 hesabı ilə uduzub.

Ülvü Qənizadə 1/8 finalda iranlı rəqibi Amir Abdiyə 0:9 hesabı ilə uduzub. Rəqibi finala yüksəldiyi üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

İslam Abbasov (87 kq) 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz