III MDB Oyunları: Nahid Abbasov çempion olub, daha altı güləşçimiz medal qazanıb - VİDEO

Xəbərlər
3 Oktyabr 2025 19:15
46
III MDB Oyunları: Nahid Abbasov çempion olub, daha altı güləşçimiz medal qazanıb - VİDEO

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib.

İlk gündə oğlanlar arasında 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, qızlar arasında isə 40 kq, 46 kq, 53 kq və 61 kq çəki dərəcələrində mübarizə aparılıb.

Azərbaycanı təmsil edən 8 güləşçidən 7-si medal qazanıb. Nahid Abbasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nəzərov (60 kq) gümüş medal, Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.

İdman.biz