Joan Laporta "Real" barədə: "Uduzmağı bacarmaq lazımdır"

Xəbərlər
23 Sentyabr 2025 21:59
78
Joan Laporta "Real" barədə: "Uduzmağı bacarmaq lazımdır"

"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in ikinci ildir ki, "Qızıl top" mükafatlandırma mərasimini boykot etməsinə münasibət bildirib.

İdman.biz bildirir ki, keçən il mətbuat Kral Klubunun "Qızıl top"un "Real Madrid"in hücumçusu Vinisius Juniora deyil, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə veriləcəyini öyrəndikdən sonra mərasimi boykot etmək qərarına gəldiyini yazmışdı.

"Qoy onlar istədiklərini etsinlər. Biz "Barsa"nın qayğısına qalırıq. Namizədlərə və təşkilatçılara hörmət olaraq, mərasimlərdə iştirak etdik. Bu, bizim idman anlayışımızın bir hissəsidir. Sən qalib də gələ bilərsən, uduzursan da. Amma uduzmağı bacarmalısan. Biz şanslıyıq ki, çox udururq və az uduzduq", - Laporta deyib.

İdman.biz