“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, oyunçuları Milad tətilindən ən yüksək fiziki formada qayıdıblar.
İdman.Biz-in məlumatına görə, ispan məşqçi əvvəllər artıq çəki yığan oyunçuların 27 dekabrda “Nottingem Forest”ə qarşı Premyer Liqa matçına getməyəcəyini bildirmişdi.
“Çox yeyib-içdiyim üçün çəkim dörd-beş kiloqram artıb. Oyunçular son 10 ildə inanılmaz dərəcədə intizamlı olublar. Keçən mövsüm zədələr işlərimizi bir az daha çətinləşdirdi, amma onlar həmişə inanılmaz dərəcədə yaxşı davranıblar. Klubda standartlarımız var və hər kəs nə etməli olduğunu dəqiq bilir”, - Qvardiola “Mançester Evening News” qəzetinə müsahibəsində deyib.
