Bu gün İspaniya La Liqasında turun mərkəzi qarşılaşması baş tutacaq.
İdman.biz xəbər verir ki, 15-c tur çərçivəsində “Barselona” öz meydanında “Atletiko”nu qəbul edəcək.
Hər iki komanda 31 xal toplayıb. Kataloniyalilardan fərqli, bir oyun az keçirən Madrid klubu 3-cü pillədə qərarlaşıb. Liderlər – “Real” və “Jirona”da 7 xal geri qalan tərəflər bu fərqin azalması üçün yarışacaqlar.
Ötən turda gözlənilməz xal itirən “Barselona” evdə uğurlu çıxışı ilə diqqəti çəkir. Xavinin yetirmələri 7 oyunun 6-da qələbə qazanıb və yalnız “Real”a uduzub. Əvəzində “Atletiko”nun səfər statiskası heç də uğurlu deyil. Madrid klubu 6 oyunda cəmi 10 xal toplayıb.
“Barselona” son üç görüşdə “Atletiko”nu məğlub edib. Ötən mövsümdə komandalar arasında keçirilən hər iki oyun 1:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Barselona” – “Atletiko” Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
İdman.biz