Argentinalı yarımmüdafiəçi Anhel Di Mariya Joze Mourinyonun onun həyatında oynadığı roldan danışıb.
İdman.biz bildirir ki, yarımmmüdafiəçi "Real Madrid"də oynayarkən verilən qərarın onun karyerasına necə təsir etdiyini deyib.
"Mourinyo ilk dəfə olaraq məni sağ cinaha keçirdi, çünki solda Kriştiano oynayırdı. Bu ən yaxşı qərar idi. Mən özümü tapdım və karyeramı məhz orada davam etdirdim", - o, bildirib.
Di Mariyanın sözlərinə görə, Mourinyo "əla məşqçidir və oyunçularını 100% səy göstərdiklərini görəndə həmişə onları dəstəkləyir".
"Kamp Nou"da 0:5 hesablı məğlubiyyətdən sonra o, "Barselona"ya qalib gəlməyin yeganə yolunun fiziki üstünlük olduğunu dedi. Məhz buna görə də Kral Kubokunun finalı inanılmaz dərəcədə çətin keçsə də, biz qalib gəldik.
Argentinalı olaraq yalnız bir şeydən qorxurdum - Messini zədələməkdən. Amma həlledici məqamda onun əsk-hücumunun qarşısını meydandan qovulmaq hesabına dayandırdım", - yarımmüdafiəçi deyib.
İdman.biz