Eze rəsmən “Arsenal”da

Xəbərlər
23 Avqust 2025 20:33
42
Eze rəsmən “Arsenal”da

"Kristal Pelas"ın futbolçusu Ebereçi Eze artıq "Arsenal"ın oyunçusudur.

İdman.biz xəbər verir ki, transferin qiyməti 79 milyon avrodur.

Müqavilənin müddəti 2030-cu ilə qədərdir. Futbolçu yeni klubunda 10 nömrə altında çıxış edəcək.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Ebereçi Eze ilə rəsmi müqavilə imzalanmasını alqışlayaraq bildirib ki, yeni razılaşma klubun hücumuna yeni bir səviyyə qatacaq. O, klubun rəsmi saytına açıqlamasında "Ebereçini "Arsenal"a gətirdiyimiz üçün çox şadıq" deyib: Eze hücum oyunumuza yeni səviyyə qatacaq qədər güclü oyunçudur. Onun keçdiyi yol, mentaliteti və ambisiyası bizim heyətimizdə tam olaraq istədiyimiz şeydir və biz onun və ailəsinin klubumuza qoşulmasının nə qədər əhəmiyyətli olduğunu yüksək qiymətləndiririk.
Hamımız tezliklə Ebereçi ilə işləməyi səbirsizliklə gözləyirik”.

İdman.biz