Dünya çempionu LASK-ı tərk edib

Xəbərlər
20 Avqust 2025 00:09
45
Dünya çempionu LASK-ı tərk edib

“Bavariya” və Almaniyanın keçmiş mərkəz müdafiəçisi Cerom Boatenqin LASK ilə müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İdman.biz xəbər verir ki, Avstriyanın birinci divizion klubu ilə 36 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2014-cü ildə dünya çempionatının qalibi olmuş Boatenq ötən yay azad agent kimi LASK ilə 2 illik müqavilə imzalayıb.

İdman.biz