Almaniya Superkubokunun final matçı keçirilib.
İdman.biz xəbər verir ki, çempion "Bavariya" ilə kubokun qalibi "Ştutqart" üz-üz gəlib.
Görüş münhenlilərin üstünlüyü ilə keçib. Harri Keyn və komandanın yeni transferi Luiz Dias fərqləniblər. "Ştutqart" son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxa bilib.
"Bavariya" tarixində 11-ci də Superkuboka sahib çıxıb. "Ştutqart" isə üçüncü cəhdində ikinci məğlubiyyətini alıb. Şvabiyalılar ötən il penalti seriyasında "Bayer"ə məğlub olmuşdular.
İdman.biz