Danimarkalı qapıçı "Vest Hem"ə keçib

Xəbərlər
9 Avqust 2025 20:39
105
Danimarkalı qapıçı "Vest Hem"ə keçib

İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem" yeni qapıçı transfer edib.

İdman.biz xəbər verir ki, komanda Mads Hermansenlə heyətinə qatıb.

"Lester"dən gələn danimarkalı qolkiper 18 milyon avroya transfer olunub. Hermansenlə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mad ötən mövsümdə "tülkülər"in heyətində 27 matçda qapısından 58 top buraxıb.

İdman.biz