"Bornmut" İlya Zabarnıya əvəzedici tapıb

Xəbərlər
9 Avqust 2025 18:52
45
"Bornmut" İlya Zabarnıya əvəzedici tapıb

"Bornmut" PSJ-yə keçməsi gözlənilən İlya Zabarnıya əvəzedici tapıb.

İdman.biz xəbər verir ki, komanda "Lill"in müdafiəçisi Bafode Diakate ilə anlaşıb.

İngilis təmsilçisi bu keçidə görə 40 milyon avro xərcləyəcək. Son 3 mövsümü "Lill"də keçirən 24 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanacaq. Diakate ötən mövsümdə Liqa 1-də 31 matçda dörd qol və bir ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Zabarnıyın 67 milyon avro qarşılığında PSJ ilə müqavilə bağlaması gözlənilir.

İdman.biz