AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Xəbərlər
27 Noyabr 2023 09:43
303
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Bodo Qlimt" (Norveç) – “Luqano” (İsveçrə) oyununun hakim-inspektoru olacaq.

Matç noyabrın 30-da keçiriləcək.

İdman.biz