İdman direktoru 13 ildən sonra "Mançester Siti"ni tərk edib

Xəbərlər
31 İyul 2025 21:20
31
İdman direktoru 13 ildən sonra "Mançester Siti"ni tərk edib

Çiki Beqiristayn "Mançester Siti"nin idman direktoru vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, bu barədə "şəhərlilər" rəsmi açıqlama yayıblar.

2012-ci ildən bu vəzifədə çalışan Beqiristayn "Mançester Siti" əldə etdiyi uğurlarda böyük pay sahibi olub. O, 61 yaşında təqaüdə çıxmaq qərarına gəlib. İspaniyalı mütəxəssisin faəliyyəti dövründə klub 21 titul qazanıb. Onu Uqo Vyana əvəz edəcək.

Qeyd edək ki, Çiki 2003-2010-cu illərdə "Barselona"da eyni vəzifəni tutub.

İdman.biz