Mərc oyunlarında günahlandırılan Lukas Paketa bəraət alıb.
İdman.biz xəbər verir ki, "Vest Hem"in braziliyalı futbolçusu haqqında uzun müddət araşdırma aparılıb.
Hətta Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlmişdi. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasını tələb etsə də, məhkəmə futbolçunun günahsız olduğunu təsdiqləyib.
Qeyd edək ki, Lukas 60-a yaxın tanışın oyunlar zamanı onun sarı vərəqə almasına pul qoyuluşu etməsində və 100 min funtdan çox qazanmasında günahlandırılıb.
İdman.biz