İngilis futbolçu İstanbul klubuna keçir

Xəbərlər
26 İyul 2025 18:39
39
İngilis futbolçu İstanbul klubuna keçir

"Qalatasaray" ingilis futbolçu Harvi Elliottu transfer etməyə yaxındır.

İdman.biz xəbər verir ki, "Liverpul"un hücumameyilli yarımmüdafiəçisi İstanbula dəvət olunub.

"Sarı-qırmızılar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırırlar. Elliotun meneceri ilə danışıqların yekunlaşması gözlənilir.

Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayından "Liverpul"da çıxış edir. O, 2024/2025 mövsümündə Premyer Liqada 28 rəsmi matçda 5 qol vurub, və 3 məhsuldar ötürmə verib.

İdman.biz