Orkun Kökçü "Beşiktaş"da - RƏSMİ

Xəbərlər
12 İyul 2025 00:15
46
Orkun Kökçü "Beşiktaş"da - RƏSMİ

Türkiyə yığmasının futbolçusu Orkun Kökçü karyerasını "Beşiktaş"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə İstanbul klubundan açıqlama verib.

24 yaşlı yarımmüdafiəçinun klubu "Benfika" ilə razılıq əldə olunub. Orkun sabah Türkiyəyə gəlib tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. İlk mövsümü "Beşiktaş"da icarə əsasında çıxış edəcək futbolçu ilə 4 illik müqavilə imzalanacaq.

Kökçü 2024/2025 mövsümündə "Benfika"nın heyətində 55 oyunda 12 qol vurub, 11 ötürmə verib.

Qeyd edək ki, Orkunun qardaşı Ozancan Kökçü Azərbaycan yığmasının formasını geyinir.

İdman.biz