Kris Kukau "Qarabağ"da

Xəbərlər
11 İyul 2025 22:14
45
Kris Kukau "Qarabağ"da

Azərbaycan çempionu "Qarabağ" növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu Kris Kukau ilə heyətini gücləndirib.

Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək. Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Ağdamlılar bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer ediblər.

Qeyd edək ki, Kakau son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.

İdman.biz