"Çelsi"dən 8 illik müqavilə

Xəbərlər
3 İyun 2025 00:48
77
"Çelsi"dən 8 illik müqavilə

"Çelsi" "Sportinq"dən Dariu Esequnu transfer edib.

İdman.biz xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2033-cü ilə kimi müqavilə bağlanıb.

Portuqaliyalı yarımmüdafiəçi son mövsümü icarə əsasında La Liqa təmsilçisi "Las-Palmas"da keçirib. Esequ 27 oyunda bir qolla yadda qalıb.

Qeyd edək ki, Dariu "Sportinq"in tarixində start heyətində meydana çıxan ən gənc futbolçudur. O, 2021-ci ilin martında 16 yaş 6 günündə "Gimaraynş"a qarşı görüşdə forma geyinərək Luiş Fiqunun (16 yaş 11 ay 17 gün) rekordunu yeniləyib.

İdman.biz