"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders növbəti mövsümə İngiltərə Premyer Liqasında başlaya bilər.
İdman.biz xəbər verir ki, onunla "Mançester Siti" yaxından maraqlanır.
"Şəhərlilər"in Niderland yığmasının futbolçusuna 60 milyon avro ödəməyə hazır olduğu bilirilib. Mövsümün sonunda inilislərin "Milan"a rəsmi təklif göndərəcəyi yazılıb.
Qeyd edək ki, Tijani Reynder bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz