Qrizmann Messini arxada qoyub

Xəbərlər
30 Mart 2025 00:19
119
Qrizmann Messini arxada qoyub

"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, La Liqada ən çox meydana çıxan əcnəbi futbolçu olub.

34 yaşlı oyunçu 29-cu turda səfərdə "Espanyol"a qarşı oyunda 521-cü dəfə meydana çıxıb. O, bu göstəricidə "Barselona"nın əfsanəsi Lionel Messini (520 matç) arxada qoyub.

Qeyd edək ki, "Espanyol" - "Atletiko" matçı 1:1 hesabı ilə yekunlaşıb. Qrizmann bu mövsümdə 8 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz