İmmobile gedir, Simeone gəlir

Xəbərlər
9 Aprel 2024 22:53
İmmobile gedir, Simeone gəlir

Çiro İmmobile “Latsio”nu tərk edə bilər.

İdman.biz xəbər verir ki, onun “Napoli”nin forvardı Covanni Simeone ilə dəyişdirilməsi mümkündür.

İtaliya mətbuatında “Latsio”nun yeni baş məşqçisi İqor Tudorun Simeonenin xidmətində maraqlı olduğu bildirilir. Viktor Osimhenin “Napoli”ni tərk edəcəyi gözlənilir və komandanın ikinci hücumçusunu da buraxacağı real deyil. Çironun bu mövsüm zəif çıxış etməsi klub rəhbərliyini ona əvəzedii axtarmağa vadar edib.

Qeyd edək ki, İmmobilenin Roma klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. O, hazırki mövsümdə 31 oyunda 3 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz