Millimizin heyətində dəyişiklik edilib

Xəbərlər
29 Aprel 2024 11:03
Millimizin heyətində dəyişiklik edilib

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

“Sumqayıt”in futbolçusu Aftandil Arıxov heyətdən çıxarılıb. Onun yerinə “Neftçi”dən Eldar Babayev milliyə dəvət olunub.

Qeyd edək ki, millimiz aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.

İdman.biz

Məqalədə: