Almaniya Bundesliqasında 22-ci turun son 2 oyunu məhsuldar alınıb.
İdman.biz xəbər verir ki, qapılara 11 qol vurulub.
“Bavariya” 8 gün ərzində 3-cü dəfə uduzub. Bundesliqada “Bayer”ə 0:3 hesabı ilə məğlub olan Münhen təmsilçisi Çempionlar Liqasında “Latsio” ilə bacarmayıb. Bu gün isə “Bohum” Tomas Tuhelin yetirmələrini əliboş yola salıb.
Günün digər oyunu 3:3 hesabı ilə başa çatıb. “Frayburq” 90-cı dəqiqədə məğlubiyyətdən qaçıb.
Almaniya Bundesliqası
22-ci tur
“Frayburq” – “Ayntraxt” – 3:3
“Bohum” - “Bavariya” – 3:2
İdman.biz