Ronaldo birinci, Messi üçüncü pillədə

Xəbərlər
8 Fevral 2024 17:58
Ronaldo birinci, Messi üçüncü pillədə

2023-cü ildə dünyanın ən çox qazanan idmançılarının adları açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıya portuqaliyalı ulduz Kriştiano Ronaldo başçılıq edir.

O, tarixin yaddaşına köçən ildə 275 milyon dollar qazanıb.

İkinci yeri 203 milyon dollarla amerikalı qolfçu Con Ram tutub. “Üçlüy”ü 130 milyon dollarla argentinalı ulduz Lionel Messi qapayıb.

Növbəti pillələrdə amerikalı basketbolçu LeBron Ceyms (125,5 milyon dollar) və Fransa millisinin hücumçusu Kilian Mbappe (125 milyon dollar) qərarlaşıb.

İdman.biz