Mbappe hamını qabaqlayıb

Xəbərlər
3 Fevral 2024 10:34
1 489
Mbappe hamını qabaqlayıb

İFFHS 2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısına açıqlayıb.

İdman.biz xəbər verir ki, cədvəldə başa çatan yanvar ayında keçirilən bütün turnirlərdəki qollar nəzərə alınıb.

Siyahıya ən azı 6 qol vuran futbolçular daxil edilib. Buna yalnız 16 oyunçu imza atıb.

1-ci pillədə Kilian Mbappe qərarlaşıb. PSJ-nin fransalı hücumçusu 7 dəfə fərqlənib. O, Liqa1-də 2, ölkə kubokunda 5 qola imza atıb.

"Porto"nun braziliyalı futbolçusu Evanílson ikinci, "Folqor"un san-marinolu hücumçusu Samuel Pançotti üçüncüdür. Onların hər ikisi 7 dəfə fərqlənsə də, əlavə göstəricilərdə sonrakı yerləri tutur.

Qeyd edək ki, siyahıdakı digər 13 futbolçu yanvarda 6 qola sevinib.

İdman.biz

Məqalədə: