“Bavariya” futbol klubu “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmonu transfer etmək istəyir.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, Almaniya klubu 28 yaşlı futbolçu üçün 80 milyon avro (160 milyon manat) ödəməyə hazırdır.
Mənbənin yazdığına görə, “Barselona” Joau Feliksi geri qaytararsa və Olmonun oyun vaxtı azalarsa, “Bavariya” onun transferi üçün mübarizəni daha da aktivləşdirəcək.
Hazırda Olmo “Barselona”da qalmaq istəyir. Lakin belə bir təklif daxil olacağı təqdirdə Kataloniya klubu 80 milyon avroluq təklifi ciddi şəkildə nəzərdən keçirəcək.
Olmo 2024-cü ilin avqustunda Almaniyanın “RB Leypsiq” klubundan “Barselona”ya keçib. O, cari mövsümdə bütün turnirlərdə səkkiz matçda iştirak edib və üç qol vurub.
“Transfermarkt” ispaniyalı yarımmüdafiəçinin bazar dəyərini 60 milyon avro qiymətləndirir.
