Argentina millisinin qapıçısı Emiliano Martines komandanın uzun illər kapitanı olmuş Lionel Messiyə hörmətini saç düzümü ilə nümayiş etdirib. O, başının arxa hissəsində “M” hərfi yazdırıb.
İdman.Biz xəbər verir ki, müvafiq videonu Argentina millisinin bərbəri sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, oktyabrın 7-nə keçən gecə Messi Argentina millisinin heyətində Benin yığmasına qarşı vida matçına çıxacaq. Görüş Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Messi Argentina millisindən ayrılmaq qərarını ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatından sonra qəbul edib. O, bu barədə sosial şəbəkələrdə yayımladığı məktubda məlumat verib.
DÇ-2026-da 39 yaşlı hücumçu finala qədər irəliləyib. Həlledici görüşdə Argentina İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub.
