“Barselona”nın və Niderland millisinin futbolçusu Frenki de Yonq diz zədəsindən sonra komanda ilə ümumi məşqlərə qayıdıb.
İdman.Biz xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu məşq zamanı qaçış və fiziki hərəkətləri yerinə yetirib.
De Yonqun diz bağlarının yırtılması iyulun 23-də məlum olub. Yarımmüdafiəçi dünya çempionatı zamanı zədələnib və “Barselona”nın düşərgəsinə zədəli qayıdıb.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kubokunu və 3 dəfə İspaniya Superkubokunu qazanıb.
