Futbolçu Bril Embolo Millətlər Liqasının qarşıdakı matçları üçün İsveçrə millisinə qoşulmayacaq.
İdman.Biz xəbər verir ki, müvafiq qərarı futbolçu ilə bağlı məlumatların ictimaiyyətə bəlli olmasından sonra İsveçrə Futbol Assosiasiyası qəbul edib.
“Embolo İsveçrə Futbol Assosiasiyasına şəxsi həyatında baş verən və bu gün ictimaiyyətə bəlli olan vəziyyət barədə məlumat verib. Nəticədə assosiasiya rəhbərliyi Brilin planlaşdırıldığı kimi komandaya qoşulmaması barədə qərar qəbul edib”, – deyə bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, belə bir qərar komandanın diqqətini tam olaraq UEFA Millətlər Liqasının qarşıdakı matçlarına cəmləyə bilməsi üçün verilib. Embolonun özü də bu barədə məlumatlandırılıb.
Jurnalist Kreyq Kinqin məlumatına görə, vəziyyət 2021-ci ilin hadisələri ilə bağlıdır. O iddia edir ki, Embolo iki saxta COVID-19 test nəticəsi əldə etdiyini etiraf edib.
Bununla belə, İsveçrə Futbol Assosiasiyası öz bəyanatında vəziyyətin təfərrüatlarını açıqlamayıb.
