Flik “Barselona”da Kroyf, Qvardiola və Enrikenin nailiyyətlərini üstələdi

11 Sentyabr 2026 18:36
76
Flik “Barselona”da Kroyf, Qvardiola və Enrikenin nailiyyətlərini üstələdi

“Barselona” La Liqanın dördüncü turunda səfərdə “Valensiya”nı 5:0 hesabı ilə məğlub etdiyi qarşılaşma komandanın baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında La Liqa turnir cədvəlinin ilk pilləsində keçirdiyi oyunların sayını 60-a çatdırıb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis komandanı 59 tur ərzində turnir cədvəlinin zirvəsində saxlamış Yohan Kroyfun göstəricisini geridə qoyub. Flik bu nəticəyə La Liqada 80 matçdan sonra çatıb. Kroyf isə 60 tur liderlik göstəricisinə 300 oyundan sonra nail olub.

Bundan əlavə, Flik La Liqada ilk 80 matçında qazandığı qələbələrin sayına görə də “Barselona”nın əfsanəvi məşqçilərini qabaqlayıb. O, bu müddətdə 63 qələbə əldə edib.

Flik bu göstərici ilə əvvəllər etalon hesab olunan Luis Enrikenin 62, Pep Qvardiolanın isə 61 qələbəlik nəticəsini geridə qoyub.

İdman.Biz