Flores Mourinyo və Fliki qabaqladı

8 Sentyabr 2026 20:19
82
Flores Mourinyo və Fliki qabaqladı

“Alaves”in baş məşqçisi Kike Sançes Flores La Liqada avqust ayının ən yaxşı məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, 61 yaşlı mütəxəssis səsvermədə Joze Mourinyonu (“Real Madrid”) və Hans-Diter Fliki (“Barselona”) qabaqlayaraq mükafata layiq görülüb.

Avqust ayında “Alaves” İspaniya La Liqasında üç oyun keçirib. Komanda “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib, “Rayo Valyekano” ilə 1:1 heç-heçə edib və “Vilyarreal”a 1:0 hesabı ilə qalib gəlib. Sentyabrda isə Floresin komandası “Osasuna”nı 5:2 hesabı ilə üstələyib.

Hazırda “Alaves” dörd turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Barselona”nın hesabında 12 xal var.

İdman.Biz