Arteta: “Çelsi” Premyer Liqanın qalibi olmaq üçün hər şeyə malikdir”

6 Sentyabr 2026 17:24
56
Arteta: “Çelsi” Premyer Liqanın qalibi olmaq üçün hər şeyə malikdir”

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta “Çelsi”nin bu mövsüm Premyer Liqa çempionluğu uğrunda mübarizə apara biləcəyini düşünür.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis London derbisi öncəsi rəqib komandanın potensialını yüksək qiymətləndirib.

“Çelsi” turnir cədvəlinin ən yüksək pillələrində olmaq üçün bütün komponentlərə malikdir. Xabini, klubun tarixini və heyətin keyfiyyətini nəzərə alsaq, onlar çempionluq uğrunda mübarizə apara bilərlər”, - Arteta bildirib.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” Premyer Liqanın dördüncü turunda bu gün “Emireyts” stadionunda üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İdman.Biz