Merih Demiralın həyat yoldaşından diqqətçəkən addım - FOTO

6 Sentyabr 2026 11:36
49
Merih Demiralın həyat yoldaşından diqqətçəkən addım - FOTO

Türkiyə millisinin futbolçusu Merih Demiralın həyat yoldaşı Heidi Lushtaku sosial şəbəkə hesabında diqqətçəkən dəyişiklik edib.

İdman.Biz xəbər verir ki, isveçli model “Instagram” profilindən “Demiral” soyadını silərək yenidən Heidi Lushtaku adından istifadə etməyə başlayıb. Bu addımdan sonra cütlüyün ayrılması ilə bağlı iddialar gündəmə gəlib.

Lakin tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Merih Demiral və Kosovo əsilli Heidi Lushtaku 2021-ci ildə ailə qurublar. Cütlüyün iki oğlu var. Onların ilk övladı 2022-ci ildə, ikincisi isə 2024-cü ilin iyununda dünyaya gəlib.

Lushtaku daha əvvəl Türkiyə və Kosovo yığmaları arasında keçirilən oyundan sonra paylaşdığı “90 dəqiqəlik boşandım” zarafatı ilə də diqqət çəkib.

Qeyd edək ki, Merih Demiral hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edir.

İdman.Biz