“Liverpul”un futbolçusu Aleksandr İsak İngiltərə Premyer Liqasının üçüncü turunda “İpsviç”lə matçda rekordla yadda qalıb.
İdman.Biz xəbər verir ki, isveçli hücumçu altıncı dəqiqədə hesabı açıb, artıq doqquzuncu dəqiqədə isə dubl edib.
“Opta”nın məlumatına görə, İsak son 15 ildə “Liverpul”un Premyer Liqada ən sürətli dublunun müəllifi olub.
Qeyd edək ki, 2011-ci ilin mayında Maks Rodriges oyunun yeddinci dəqiqəsinə qədər “Fulhem”in qapısına iki dəfə yol tapmışdı.
Ötən mövsüm İsak Premyer Liqanın 14 matçında üç qol vurub.
