Superkompüter Çempionlar Liqasının əsas favoritini açıqlayıb

4 Sentyabr 2026 22:56
135
Superkompüter Çempionlar Liqasının əsas favoritini açıqlayıb

"Opta" superkompüteri 2026/27 mövsümünün Çempionlar Liqasının qalibini proqnozlaşdırıb.

İdman.Biz xəbər verir ki, turnirin əsas favoriti London "Arsenal"ı olub. Onun qələbə ehtimalı 21,2 faiz qiymətləndirilir.

İkinci yerdə 19,9 faiz göstərici ilə "Bavariya" qərarlaşıb. Üçüncülüyü 12 faizlə "Mançester Siti" qapayır.

Çempionlar Liqasının son qalibi PSJ-nin yenidən turnirin qazanması ehtimalı 7,7 faiz səviyyəsində dəyərləndirilib.

Ardınca "Barselona" (7 faiz), "Real" (5,1 faiz) və "Liverpul" (5,1 faiz) gəlirlər.

"Mançester Yunayted"in şansları 3,7 faiz, "İnter"in şansları 3,4 faiz, "Aston Villa"nın şansları isə 2 faiz qiymətləndirilib.

Ötən il "Opta" əsas favorit kimi "Liverpul"u göstərmişdi, lakin ingilis klubu dörddəbir finalda PSJ-yə uduzaraq mübarizəni dayandırıb.

İdman.Biz