Enzo Fernandes “Mançester Siti”yə niyə keçdiyini açıqladı

3 Sentyabr 2026 09:08
139
Enzo Fernandes “Mançester Siti”yə niyə keçdiyini açıqladı

İngiltərənin “Mançester Siti” futbol klubunun yeni yarımmüdafiəçisi Enzo Fernandes baş məşqçi Enzo Mareska barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən argentinalı futbolçu italiyalı mütəxəssislə əvvəlki klubunda birlikdə çalışdığını xatırladaraq ondan çox şey öyrəndiyini bildirib:

“Düzünü desəm, Enzo Mareska yüksək səviyyəli məşqçidir. O, əvvəlki klubumda mənimlə işləyib. İnanılmaz anlar yaşadıq. Ondan çox şey öyrəndim. O, işinə çox bağlıdır. Buna görə onunla işləmək mənim üçün böyük zövqdür.

Həmçinin Mareskaya burada olmağımda çox mühüm rol oynadığı üçün təşəkkür edirəm. Onunla işləmək və bundan zövq almaq mənim üçün böyük şərəfdir. Düzünü desəm, hər ikimiz bunu çox istəyirdik. Bilirəm ki, Enzo klub rəhbərliyi ilə danışaraq bunun baş tutması üçün böyük səy göstərib. Buna görə ona minnətdaram. Bir neçə gün davam edən uzun proses oldu, amma sonda buradayam və bu kluba qoşulduğum üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, Enzo Fernandes son yay transfer pəncərəsinin ən bahalı oyunçusudur. O, 145 milyon avroya (290 milyon manat) “Çelsi”dən Mançester təmsilçisinə transfer olunub.

İdman.Biz