“Mançester Siti” yay transferlərinə rekord məbləğ xərclədi

2 Sentyabr 2026 18:14
87
“Mançester Siti” yay transferlərinə rekord məbləğ xərclədi

“Mançester Siti” yay transfer pəncərəsində yeni futbolçuların alınmasına ümumilikdə 526 milyon avro xərcləyib. Bununla da “şəhərlilər” bir transfer pəncərəsində ən çox vəsait xərcləyən klub olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Əvvəlki rekord 2025-ci ildə 483 milyon avro xərcləyən “Liverpul”a məxsus idi.

“Mançester Siti”nin yayda heyətinə qatdığı futbolçular və onların transfer qiymətləri belədir:

Enzo Fernandes – 145 milyon avro

Elliot Anderson – 135 milyon avro

Ayub Buaddi – 95 milyon avro

İliman Ndiaye – 70 milyon avro

Allan – 37,5 milyon avro

Matis Deturbe – 25 milyon avro

Ceremi Monqa – 11,7 milyon avro

Xeronimo Rulli – 3,5 milyon avro

Pirs Çarlz – 3,5 milyon avro

Qeyd edək ki, Enzo Fernandesin transferi “Mançester Siti” tarixində ən bahalı keçid olmaqla yanaşı, futbol tarixinin ən bahalı beş transferindən biridir.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında iki turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz