“Atletik” futbolçuları klub rəhbərliyinə etiraz etdilər

28 Avqust 2026 03:18
95
“Atletik” futbolçuları klub rəhbərliyinə etiraz etdilər

Futbol üzrə İspaniya çempionatının ikinci turunda “Barselona” ilə oyundan sonra “Atletik” futbolçuları mediaya açıqlama verməkdən imtina ediblər.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmadan sonra “Atletik”in heç bir futbolçusu nə yayım hüququna malik televiziya kanalına, nə də stadionun qarışıq zonasına çıxaraq jurnalistlərin suallarını cavablandırıb.

Klubun kommunikasiya üzrə nümayəndələrindən biri bildirib ki, bu, futbolçuların özlərinin qəbul etdiyi qərardır və klubdaxili problemlə bağlı etiraz tədbiridir.

Futbolçuların narazılığı klub rəhbərliyinin oyunçulara ayrılan dəvətnamələrin sayını azaltması ilə əlaqədardır. Məsələyə futbolçularla yanaşı, sabiq oyunçular, klub rəhbərliyi və keçmiş prezidentlər üçün nəzərdə tutulan dəvətnamələrin dəyişdirilməsi də daxildir. Kapitanlarla klubun baş direktoru arasında bu həftə keçirilən görüşdə də razılıq əldə olunmayıb.

Bilbao təmsilçisi La Liqanın ikinci turunda “Barselona”ya “Kamp Nou”da 0:2 hesabı ilə məğlub olub. Rəqibin qollarını Rafinyo və Fermin Lopes vurublar.

Qeyd edək ki, “Atletik” mövsümün ilk iki turunda xal qazana bilməyib. Komanda növbəti turda “Selta Viqo”nun qonağı olacaq.

İdman.Biz