Emiliano Martinez “Çelsi”yə keçməyə razılıq verib

27 Avqust 2026 18:47
84
Emiliano Martinez “Çelsi”yə keçməyə razılıq verib

İngiltərənin “Çelsi” futbol klubu Argentina millisinin qapıçısı Emiliano Martinezlə bağlı transfer danışıqlarını davam etdirir.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, argentinalı qapıçı London klubuna keçməyə razılıq verib. Martinez “Çelsi”yə keçmək istəyir və transferin baş tutacağına ümid edir.

Hazırda klublar arasında danışıqlar davam edir. “Tottenhem”in isə Martinezlə bağlı marağı aradan qalxıb və London təmsilçisi hazırkı qapıçı seçimlərindən razıdır.

33 yaşlı Martinez 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 32 oyuna çıxıb. O, həmin mövsümdə Avropa Liqasında da 11 matçda iştirak edib.

Martinezin “Aston Villa”dakı gələcəyi isə yeni qapıçı Zion Suzukinin transferindən sonra sual altına düşüb. Fabrizio Romanonun məlumatına görə, klub Suzuki ilə əsas qapıçı kimi işləməyi planlaşdırır.

İdman.Biz