“Liverpul” Lamin Kamaranı transfer siyahısına salıb

26 Avqust 2026 11:30
86
“Liverpul” Lamin Kamaranı transfer siyahısına salıb

İngiltərənin “Liverpul” futbol komandası orta xəttini gücləndirmək üçün Fransanın “Monako” futbol klubunda çıxış edən Lamin Kamara ilə maraqlanır.

İdman.Biz xəbər verir ki, İngiltərə təmsilçisi futbolçunun transfer imkanlarını araşdırır.

“Liverpul”un Bredli Barkola ilə bağlı danışıqlarda istədiyi nəticəni əldə edə bilməməsi digər variantların gündəmə gəlməsinə səbəb olub.

Kamara orta sahədə müxtəlif mövqelərdə çıxış edə bilir və “Liverpul”un baş məşqçisi Andoni İraolanın oyun modelinə uyğun futbolçulardan biri hesab olunur.

İdman.Biz
Məqalədə: