İsrailin “Hapoel” (Beer-Şeva) futbol komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Sabah”a qarşı keçirilən matçdan (5:2) sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib və komandasının nəticəsindən razı qalmadığını etiraf edib.
“Təbii ki, çətin oldu. Biz oyunçularımızla təmasdayıq, şans da bəzən öz sözünü deyir. Sarı və qırmızı vərəqələr oyunun bir hissəsidir. Beer-Şeva ‘Hapoel’i öz üzərində çalışacaq və nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq.
Nəticəmiz ürəkaçan deyil, bunu etiraf edirəm. Bununla belə, bu mərhələyə qədər gəlməyimizi də uğur kimi qiymətləndirirəm”, - Ran Kojux deyib.
Foto: İslam Atakişiyev
