Moyze Kin Bundesliqanın liderinin maraq dairəsinə düşüb

23 Yanvar 2024 13:02
839
Moyze Kin Bundesliqanın liderinin maraq dairəsinə düşüb

“Bayer” heyətinə yeni futbolçu qatmağa qərar verib.

İdman.biz xəbər verir ki, Almaniya klubu Moyze Kinin xidmətində maraqlıdır.

Lakin Bundesliqanın lideri hələlik danışıqlara başlamaya tələsmir. “Yuventus”un 23 yaşlı hücumçusunun “Atletiko”ya icarəyə veriləcəyi gözlənilirdi. Lakin Leverkuzen klubu madridlilərin planını poza bilər. Moyzenin İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kin cari mövsümdə 12 matç keçirib.

İdman.biz

Məqalədə: