Benzema “Əl-Hilal”la bağlı qərarını açıqladı

21 Avqust 2026 09:44
96
Benzema “Əl-Hilal”la bağlı qərarını açıqladı

Səudiyyənin “Əl-Hilal” futbol komandasının hücumçusu Kərim Benzema gələcək karyerası ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, 38 yaşlı futbolçu jurnalist Fabritsio Romanoya açıqlamasında komandada qalacağını deyib.

“Mən “Əl-Hilal”da qalıram”, – deyə Benzema bildirib.

Fransalı hücumçu 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib.

Benzema peşəkar karyerasına “Lion”da başlayıb. O, 2009-cu ildə “Real”a transfer olunub və Madrid klubunda 14 mövsüm keçirib. Bu müddətdə 25 titul, o cümlədən beş dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Kərim Benzema 2022-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, 2023-cü ilin yayında “Real”dan ayrılaraq “Əl-İttihad”a keçib və bu klubla Səudiyyə Ərəbistanı çempionu, həmçinin ölkə kubokunun qalibi olub.

İdman.Biz