“Milan” Leaunu “Qalatasaray”a satmayıb

7 Avqust 2026 08:17
85
“Milan” Leaunu “Qalatasaray”a satmayıb

"Milan" "Qalatasaray"ın cinah hücumçusu Rafael Leau üçün təklifini rədd edib.

İdman.Biz bu barədə jurnalist Yağız Sabuncuoğluya istinadən bildirir.

Mənbənin məlumatına görə, Türkiyə klubu portuqaliyalı futbolçu üçün 35 milyon avro təklif edib, lakin italyanlar bundan imtina ediblər. "Rossoneri" yenidən oyunçu üçün 50 milyon avro tələb edib.

Daha əvvəl "Fənərbağça"nın da 27 yaşlı portuqaliyalı futbolçu üçün transfer danışıqları apardığı bildirilirdi. Leaunun özünün də karyerasını İngiltərədə davam etdirməyə üstünlük verdiyi barədə şayiələr gəzir.

Ötən mövsüm Rafael bütün yarışlarda 31 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz