Holand Messi ilə eyni səsi toplasa da… FOTOFAKT

Xəbərlər
16 Yanvar 2024 01:26
841
Holand Messi ilə eyni səsi toplasa da… FOTOFAKT

Argentinalı ulduz Lionel Messi FIFA-nın versiyasına görə, 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

İdman.biz xəbər verir ki, o, Erlinq Holandla eyni səs toplasa da, yığma komanda kapitanlarının seçimi həlledici olub.

Kapitanlardan daha çox dəstək alan argentinalı hücumçu qalib olub. Messi mükafatlandırma mərasimində iştirak etməyib. Onun tədbirə Erlinq Holanddan geri qalma ehtimalı olduğuna görə qatılmadığı xəbərləri yayılıb.

Qeyd edək ki, Messi (2019, 2022) 3-cü dəfə FİFA-nən ən yaxşı futbolçusu seçilib. O, bu nominasiyada iki dəfə qalib olan Kriştiano Ronaldonu (2016, 2017) arxada qoyub.

İdman.biz