“Nitsa” klubu Klod Pyuelin baş məşqçi vəzifəsindən getdiyini açıqlayıb.
İdman.Biz-in xəbərinə görə, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Bəyanatda deyilir: “Klod Pyuel “Nitsa”nın tarixində mühüm bir məqamda özünü göstərdi. Onun peşəkarlığı, fədakarlığı və məsuliyyət hissi yekdilliklə təqdir edildi”.
64 yaşlı fransız məşqçi komandaya 2025-ci ilin dekabrında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub Fransa Kubokunun finalına yüksəlib və həlledici matçda “Lans”a məğlub olub (1:3).
Ötən mövsüm Fransa çempionatının sonunda "Nitsa" turnir cədvəlində 16-cı yeri tutub. Pley-off mərhələsində komanda “Sent-Etyen”i (4:1) məğlub edib və divizionda qalıb.
