PSJ-nin sabiq müdafiəçisi Liqa1-ə qayıdır

Xəbərlər
3 Yanvar 2024 12:17
190
PSJ-nin sabiq müdafiəçisi Liqa1-ə qayıdır

“Vest Hem”in futbolçusu Tilo Kerer karyerasını Liqa1-də davam etdirməyə yaxındır.

İdman.biz xəbər verir ki, mərkəz müdafiəçisi “Monako”ya keçəcək.

27 yaşlı almaniyalının icarəsi ilə bağlı razılıq əldə olunub. Mövsümün sonunadək “Knyazlıq klubu”nda oynayacaq Kererin anlaşmasında 11,5 milyon avroya transferi də əksini tapıb.

Qeyd edək ki, əvvəllər də Fransa çempionatında çıxış edən müdafiəçi dörd mövsüm PSJ-nin uğurları üçün çalışıb.

İdman.biz

Məqalədə: