“Əl-İttihad”ın baş məşqçisi Serjio Konseysao hücumçu Kərim Benzemanın komandada oynamaq istəməməsi ilə bağlı suala cavab verib.
İdman.Biz-in məlumatına görə, daha əvvəl 38 yaşlı hücumçunun Səudiyyə klubunda oynamaq üçün yeni təklifindən incidiyi barədə məlumatlar yayılıb. Vurğulanır ki, fransız futbolçu şəxsən “Əl-Fateh”lə (2:2) Pro Liqa matçı üçün heyətdən kənarlaşdırılmağı xahiş edib.
“Kərim Benzema haqqında klub rəhbərliyindən soruşmalı olacaqsınız. Mən bura məşqçilik etmək, komandanı oyuna hazırlamaq, nəticə əldə etmək və titullar qazanmaq üçün gəlmişəm. Digər məsələlər mənim səlahiyyətlərim xaricindədir. Yalnız bir şey deyə bilərəm: Kərim əla peşəkar, fantastik oyunçudur və mən bir məşqçi kimi onunla fəxr edirəm” - jurnalist Fabritsio Romano X sosial media platformasındakı səhifəsində Konseysaodan sitat gətirib.
