Kriştianu Ronaldu 960-cı qoldan sonra: “Mübarizə aparmağa davam et” - FOTO

Xəbərlər
22 Yanvar 2026 01:38
44
Kriştianu Ronaldu 960-cı qoldan sonra: “Mübarizə aparmağa davam et”

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu komandasının Səudiyyə Ərəbistanı Pro-Liqasının 17-ci turunda “Damak” üzərində 2:1 hesablı qələbəsinə özünəməxsus tərzdə şərh verib.

İdman.Biz xəbər verir ki, Ronaldu X sosial media platformasında matçdan fotolar paylaşaraq yazıb: “Çalışmağa, inanmağa, mübarizə aparmağa davam et”.

Portuqaliyalı futbolçu bu matçda peşəkar karyerasında 960-cı qolunu vurub. Ronaldunun 16 liqa oyununda 16 qolu və bir məhsuldar ötürməsi var.

İdman.Biz